Bu gün bir qrup şəxs Bakıda İran səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki,məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov bildirib ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün cəhdin qarşısı alınıb:
“Səfirliyin qarşısına toplaşan şəxslər ərazidən uzaqlaşdırılıblar. Aksiya zamanı saxlanılan olmayıb”.