18 Noyabr 2022 12:17
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda dəm qazının yaranması halları ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Bu da son illər aparılan maarifləndirmə işləri ilə bağlıdır. Son 10 ilin statistik məlumatlarına əsasən, dəm qazı hadisələrinin azı 95 %-i hamam otaqlarında baş verir. Əgər biz hamam otağından hadisənin mənbəyini uzaqlaşdırsaq, bu dəm qazından zəhərlənmə hallarının 95 %-i də yoxa çıxacaq”, - deyə o, qeyd edib.

"Azəriqaz" rəsmisi abonentlərə tövsiyə edib ki, qazla işləyən cihazları hamamda deyil, havaya çıxışı mətbəxdə quraşdırsınlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər