22 Noyabr 2022 16:50
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Elnur Məmmədovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elnur Məmmədova 6 ay cəza kəsilib.

Qeyd edək ki, iddiaçı Müdafiə Nazirliyinin hüquq departamentinin rəisi Elçin Əliyev Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib

Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunub.

Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi.

Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər