23 Noyabr 2022 19:13
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

Ölkədə son sutka ərzində 2329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər