25 Noyabr 2022 12:50
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, icbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti nazirliklərdə baxılmalıdır.

Qeyd edək ki, büdcə müzakirələri zamanı deputatlar onkoloji və digər xəstəliklərin də icbari tibbi sığorta paketinə daxil edilməsini təklif edib.


Müəllif: Nemət

Oxşar xəbərlər