20 Dekabr 2022 18:09
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin dekabrın 20-si saat 17:30-a olan məlumatına əsasən, Şuşa, Daşkəsən, Gədəbəy, Qax, Altıağac, Quba, Qusar, Qusar, Xaltan, Qrızda qar yağıb.

Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Naftalan, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, Kürdəmir, İmişli, Cəfərxan, Yardımlı, Lerik, Lənkəran, Astarada isə hava yağıntılı olub.

Bakıda şimal-qərb küləyi arabir 32 m/s, Abşeron Dəniz rayonunda isə 23-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb.

Küləkli hava şəraiti 21-i gecə saatlarından mülayimləşəcək, səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə aşağı enib, hal-hazırda Bakıda 4°-dək isti qeydə alınıb.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər