30 Dekabr 2022 12:45
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixindən, əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edib. 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının öz birliyini dünyaya bir daha layiqincə bəyan etdiyi vurğulanıb.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixini əks etdirən videoçarx nümayiş olunub. Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər