30 Dekabr 2022 12:57
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasından sonra bağlanış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bağlanış mərasimindən əvvəl spiker Sahibə Qafarova çıxış edib.

Sədr deyib ki, həm payız sessiyası, həm də 2022-ci ilə yekun vururuq.

Spiker bildirib ki, payız sessiyası zamanı 9 plenar iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. O, əlavə edib ki, əhəmiyyətli qanun layihələri ilə bağlı ictimai dinləmə mexanizmdən istifadə edilib və 10 ictimai dinləmə keçirilib.

Spiker qeyd edib ki, Milli Məclisin nümayəndə heyəti fəal beynəlxalq parlament diplomatiyası həyata keçirib: “59 ölkəyə 116 səfər edilib. Başqa sözlə, 85 deputat 292 dəfə xarici ölkələrə ezam edilib. Milli Məclisin sədri 16 ölkəyə 14 işgüzar səfər edib. Eləcədə 14 beynəlxalq təşkilatın nmayəndələri Azərbaycan parlamentində olub”.
Daha sonra spiker təklif edib ki, Azərbaycan prezidenti və birinci vitse-prezidentə parlament adından təbrik məktubu göndərilsin. Deputatlar təklifi müsbət qarşılayıb.

Spikerin çıxışından sonra Azərbaycan dövlət himnin səsləndirilməsi ilə parlamentin payız sessiyası bağlı elan olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər