25 Yanvar 2023 17:31
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə 2 həftəlik təlim keçirlər.

Bu barədə Teleqraf.com-a Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Təlim çərçivəsində ərazilərin minalardan təmizlənməsi ilə bağlı təcrübə bölüşülür, müzakirə olunur.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində zabitlərə Partlayıcı Təhlükələrdən Məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçirilir.


Müəllif: Teleqraf.com