Oxşar xəbərlər
Bu gün anamla atam da Malatyaya gəldi, hazırda qardaşımın yaşadığı binanın yanına gedirik, xilasetmə işləri davam edir. Hələlik qardaşımgildən bir xəbər yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında dağıntılar altında qalan Malatya İnönü Universitetinin tələbəsi Gündüz Nəzərzadənin qardaşı Arzuman Nəzərzadə deyib.
"Qardaşım və digər üç yoldaşı bir binada qalırdı, bina zəlzələdə dağılıb, rəsmi qurumlardan xəbər gözləyirik", - o söyləyib.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində dağıntılar altında qalan Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Verdiyev və Hümam İsmayıllı Malatya İnönü Universitetində təhsil alır. Hər birinin valideyni hazırda Türkiyədədir.