"Səfirliyimizə edilən hücum Azərbaycan dövlətinə qarşı terror hadisəsidir".
Teleqraf.com xəbər verir ki, bu fikirləri ölkəmizin İrandakı səfirliyinə edilən silahlı hücum zamanı şəhid olan səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.
"Azərbaycan xalqı bu hücumu terror kimi qiymətləndirir. İran tərəfindən istintaq gedir, amma bu istintaq onların istədiyi formada aparılır. Azərbaycan dövləti ilə əməkdaşlıq edilmir", - deyə R. Əsgərov qeyd edib.