2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib. Və bu 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63 %, qeyri-neft sektoru üzrə ixracında isə 30,81 % paya malik olub.