"Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətində məhdudiyyətin tətbiq olunduğu müddət ərzində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
“Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”, - məlumatda qeyd olunub.