11 May 2023 10:40
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

"Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər