2 İyun 2023 16:44
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahət günlərində (iyunun 3-4-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Samur-Yalama milli parkında istirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq.


Müəllif: Teleqraf.com