Laboratoriya varsa keyfiyyətsiz dərmanlar ölkəyə necə gəlib çıxır?..
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Qənirə Paşayeva deyib.
O qeyd edib ki, ölkəmizdə bu qədər labaratoriyalar var: “Çoxusu da dövlət qurumlarındadır. Belə olan halda, bu laboratoriyalar varsa, bu qədər keyfiyyətsiz dərmanlar ölkəmizə necə gəlib çıxır?.."
Deputatın sözlərinə görə, antibiotiklərə inkişaf etmiş ölkələrdə ciddi yanaşma var: “Bizim ölkəmizdə antibiotik sanki konfet, peçenye kimi satırlar. Bu məsələ neçə dəfə qaldırılsa da nəticə yoxdur. Eyni zamanda ildə iki dəfə xaricə gedən adam özünə və yaxınlarına dərman gətiririrsə, bu şəxslər niyə incidilməlidir? Fakt odur ki, qardaş Türkiyədə azərbaycanlılar dərman istehsalı müəssisəsi yaradıb. Biz də o insanların potensialından istifadə etməliyik”.