8 İyul 2023 14:39
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında və Gədəbəy rayonu, Çanaqçı kənd Ailə Sağlamlıq Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon 23 nömrəli Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətində və Muğan Regional Mərkəzi tərəfindən Salyan regional “ASAN xidmət” mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər