5-8 yanvar 2015-ci ildə Türkiyənin İstanbul şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində toxumçuluq sektorunun inkişaf etdirilməsi” layihəsi çərçivəsində işçi qrupun regional seminarı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında qeyd edilir ki, seminarda İƏT üzv ölkələrin nümayəndə heyətləri, FAO, İƏT və İKARDA-nın əməkdaşları iştirak etmişlər. Seminarda İƏT üzv ölkələrdə sortların sınağı, qeydiyyatı və qorunması, toxumçuluq və fitosanitar qaydalarının harmonizasiyası müzakirə edilib.
Toplantıda Azərbaycandan Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Azərbaycanda toxumçuluq sisteminin təhlili” mövzusunda çıxış edib.
Yekunda İƏT üzv ölkələrdə bu sahənin daha da inkişafı və müvafiq qaydaların uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi sahəsində yol xəritəsi və “toxumçuluq sahəsində inteqrasiyanın gücləndirilməsinə dair” ilkin razılaşma protokolunun layihəsi müzakirə edilib.
SEVİL