1 Avqust 2023 10:37
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonu Xudat şəhəri Axundov küçəsində yerləşən Cümə Məscidi 22 ildir ki, qəzalı vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb, divararlarında isə çatlar əmələ gəlib. Bu səbəbdən məscidin qapıları 2001-ci ildən bəri bura ibadətə gələn insanlara bağlıdır.

Qeyd edək ki, Mərkəzi Cümə Məscidi (və ya Şeyx Məhəmməd Yaraqlı məscidi) 1993-1995-ci illərdə inşa edilib. Məscidin tikintisi Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə başa çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər