Azərbaycanda son 1 həftə ərzində (7 - 13 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 8 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 7 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 2 olub.
İndiyədək ölkədə ümumilikdə 832 044 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 738 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 295 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 028, bu günə qədər isə ümumilikdə 7 665 921 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 83 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 691 olub.