12 Yanvar 2015 12:01
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Sözün müdafiəsi klubu” layihəsinin icrasına start verib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan dilinin təbliğinə yönələn bu layihədə tanınmış dilçi alimlərin, media təmsilçilərinin iştirakı nəzərdə tutulub. “Sözün müdafiəsi klubu”nda ayda bir dəfə olmaqla Azərbaycan dilinin qorunması ilə bağlı müzakirələrin təşkili həyata keçiriləcək. Sonda isə müzakirənin stenoqramı həm fondun saytında, həmdə saytların birində yerləşdirilməsi planlaşdırılır. Müzakirələr sonradan internet və sosial mediada davam etdiriləcəkdir. Fondun əməkdaşları tərəfindən “Sözün müdafiəsi klubu”nun “Əsasnaməsi” və fəaliyyət proqramı hazırlanıb. İlk müzakirə mövzusu isə “küçə reklamlarında dilmizi qoruyaq” mövzusu olacaq.

Qarşıdan ilk Avropa Olimpiadasının keçiriləcəyi bir vaxtda dilimizə olan münasibət, habelə bu istiqamətdə aparılan işlərin aktuallığı artır. SAMF əmindir ki, bu möhtəşəm idman tədbiri ölkəmizə Azərbaycan dilinin özəlliklərinin təqdimatına geniş imkan yaradacaq. Odur ki, vətəndaş cəmiyyətinin təmsilçisi olaraq SAMF-da mövcud durumda öz töhvəsini vermək niyyətindədir.

Xatırladaqki, SAMF “Ana dilimizi qoruyaq” devizi ilə bundan əvvəl bir sıra ciddi layihələri həyata keçirib. Küçə reklamlarında və istehlak mallarında dilimizin qorunmasıyla bağlı monitorinqlər keçirib və nəticələri barədə ictimaiyyətə geniş məlumat verib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər