“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9-10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:10-da yola düşəcək.
Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.