13 Yanvar 2015 17:38
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Dövlət komitəsinin sədri respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər