4 Oktyabr 2023 13:03
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Kiyev Azərbaycanlıları Konqresinin İdarə Heyətinin yığıncağı keçirilib. Yığıncaqda gündəmdə olan məsələlər və konqresin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərindən Kiev Aəzrbaycanlılar Konqresinin sədri Oleq Krapivinin başladığı humanitar aksiyaların davam etdirilməsi, həmçinin Ukraynada yaşayan soydaşlarımıza dəstək istiqamətində qərarlar qəbul edilib.

Təşkilatın toplantısında əfsanəvi Azov briqadasının rəsmisi Aleksandr Ustenko da iştirak edib. Onunla Ukrayna ordusunun zəruri ehtiyacları və lazım olan köməkliklərlə bağlı fikir mübadiləsi olub. Azov briqadasının rəsmisi Oleq Krapivin başda olmaqla konqressin bütün üzvlərinə təşəkkürünü bildirməklə yanaşı Ukraynanın ərazi bütövlüyünün qorunmasında iştirak edən soydaşlarımızın göstərdiyi igidlikləri iki ölkə xalqlarının qardaş kimi yaxın olmasının nəticəsi sayıb.

Kiyev Azərbaycanlıları Konqresi müharibənin ilk günlərindən başlayaraq minlərlə azərbaycanlının vətənə Azərbaycana təxliyə olunmasına kömək edib. Həmçinin, Ukraynada yerli əhalinin və döyüş bölgəsində yaşayan azərbaycanlıların humanitar ehtiyaclarının təmin olunması üçün ərzaq və dərman vasitələrinin çatdırılmasını təşkil edib. Hazırda da Kiyev Azərbaycanlıları Konqresi Ukrayna ordusununa yardımları davam etdirməklə yanaşı döyüş bölgəsində olan hərbiçilərə ərzaq və dərman vasitələrinin çatdırılmasını təşkil etməkdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər