Zahid Oruc Dördüncü Respublika deyir, amma bu, ziyanlı tendensiyadır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, 12 oktyabrda da bu məsələ vurğulandı: "Amma bir nəfər çıxıb izah etməlidir ki, bu nə respublikadır? Bu Dördüncü Respublikanı kim, harada qurdu? Onu görən olubmu? Ona görə də, bu məsələyə aydınlıq gətirilsin.
Deputat yoldaşım Zahid Oruc bu məsələyə gəlib bir aydınlıq gətirsin. Çünki gedib başqaları bundan bir tarix düzəldəcəklər. İndi tarix birdir. Amma burada Dördüncü respublikadan danışılır. Mən heç Dördüncü Respublikanın olmasını istəmirəm”.