21 Oktyabr 2023 20:57
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşü barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə, nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər