TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, məlumata görə, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.
"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.