21 Noyabr 2023 11:48
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana qarşı iki cəbhədə mübarizə aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, vaxtilə Ermənistan torpaqlarımızı işğal etdi, ancaq sanksiyalar bizə qarşı oldu:

“Qərb ədaləti görmək istəmir. ABŞ Senatının aktı Ermənistanın müdafiəsi aktıdır. Sanki Ermənistanın müdafiəsi Azərbaycana qarşı sanksiyalardın keçir. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ikili standartın nəticəsidir. Əgər Bayden bu sənədi təsdiq etsə, ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan dəyəcək. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər