7 Dekabr 2023 10:24
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin "N" hərbi hissəsini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Qonaqlara hərbi institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.

Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin "N" hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər