17 Yanvar 10:56
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Vəkillərin İntizam Komissiyasında qəbul edilən rəylər üzrə Rəyasət Heyəti tərəfindən 217 qərar çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kollegiyanın 2023-cü ilə dair hesabatında qeyd edilib.

Belə ki, 33 (15%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 21 (10%) irad, 20 (9%) töhmət, 80 (37 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 46 (21%) qiymət verilməsinin mümkün olmaması, 9 (4%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 8 (4%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.

Bundan başqa, ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 832 şikayət və müraciət daxil olub. Bunlardan 614-ü (74%) ilə bağlı intizam icraatı başlanılmayıb, 218-si (26%) barədə isə intizam icraatı başlanılıb.

Şikayət və müraciətlərə gəldikdə isə 47-si (21%) dövlət orqanlarından, 43-cü (20%) qeyri-dövlət təşkilatlarından və 128-si (59%) isə vətəndaşlardan daxil olub.

Qeyd edək ki, hesabatla burdan tanış ola bilərsiz.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər