11 Mart 19:04
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

37 aptekdə yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Mərkəz 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.


Müəllif: Teleqraf.com