8 Aprel 09:11
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 8-i saat 8:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Teleqraf.com-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.

Yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər