25 Aprel 09:41
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.

“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər