8 May 16:50
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

AQTA Zaqatalada baş verən kütləvi zəhərlənmə ilə bağlı daha bir açıqlama yayıb.

Qurumdan Teleqraf.com-a bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib:

“İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

Monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabrda “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib”.

Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.


Müəllif: Teleqraf.com