4 İyun 12:17
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, 3 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlar başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər