Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində su xəttində qəza baş verib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan prospektinin hərəkət hissəsinin altından keçən hissəsində su xəttində yaranmış nasazlıq səbəbindən asfalt örtüyün altından su qaynayaraq çıxmağa başlayıb.
Nəticədə xeyli əraziyə su yayılıb, piyadalar və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Həmin ərazidən paylaşılan videonu təqdim edirik: