Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.
Teleqraf.com xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı hadisə ilə bağlı bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: "Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq polis bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Baş verən hadisənin görüntülərini təqdim edirik: