8 İyul 18:09
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.

Teleqraf.com xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb. O, 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər