“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili” adlı layihənin ikinci tədbiri baş tutub.
Layihənin ikinci tədbiri Bakı şəhərinin gözəl açiq hava məkanlarından birində keçirilib. Layihənin əsas məqsədi əliliyi olan hər yaşda sağlamlığı məhdud şəxlərin bir günlük də olsa vaxtlarının səmərəli və əyləncəli keçirmələrinə imkan yaratmaqdır.
Onlar açıq havada film izləyib, musiqi dinləyib, rəqs ediblər. Təşkilat olaraq bizim ən böyük uğurlarımız tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.