31 İyul 16:19
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin altı ayı ərzində 210 şəxs Azərbaycana readmissiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqəlar idarəsindən bildirilib.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin geri qəbul edilməsidir.

Qeyd olunub ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər