Qəhrəman Generalımız Polad Həşimovun oğlu Davud Həşimov 4 ölkədən, 7 universitetdən qəbul alıb.
Teleqraf.com xəbər verir ki, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək.
Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın böyük arzusu olub.