13 Avqust 13:04
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclasına qatılacaq.

Bu barədə Teleqraf.com-a QMİ-dən məlumat verilib.

Qeyd edilib ki, bu məqsədlə QMİ sədri avqustun 14-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.

Qurumun bildirdiyinə görə, A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz dövlətinin rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Prezidentinin başsağlıqlarını çatdıracaq.

İdarənin məlumatında vurğulanıb ki, səfər zamanı mərhumun qəbri ziyarət edilərək, ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər