15 Avqust 12:10
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan dörd nəfərə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun müvafiq maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər