"BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir"
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində keçirilən “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarında deyib:
"Biz ev sahibi olan ölkəyə və COP29 sədrliyinə bütün təşkilati aspektlərdə həqiqətən dəstək olmaq istəyirik.
Artıq COP 29-un baş tutmasına 78 gün qalıb. Ümid edirəm ki, bu qısa müddət ərzində COP29 Təşkilat Komitəsi bütün hazırlıq işləri görəcək. Və BMT təşkilatı olaraq COP29-u təşkil edən ölkəyə dəstəyimizi göstərəcəyik".