13 Sentyabr 13:12
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstefamla əlaqədar yekun çıxışımı hazırlayıram. Seçki ilə bağlı proseslər tamamlanandan sonra onu əlbəttə paylaşacam. Amma üzərində işlədiyim mətnin bir parçasını indidən paylaşım ki, dünyadan bixəbərlər bundan sonra mənsiz keçəcək publik müzakirələrdə özlərini çox da ağıl dəryası hiss etməsinlər".

Teleqraf.com xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov istefası ilə əlaqədar öz feysbuk səhifəsində paylaşıb.

Onun sözlərinə görə, siyasi gündəmi ilə 10-15 faiz vətəndaşı səsverməyə çıxaracaq şəxs ölkəmizdə dərhal bir bəhanə ilə həbsə məhkumdur:

“Lideri olduğun partiyanının seçki performansını yenidən öz həbsinlə zəiflətməyib, minimal ictimai dəstəyi qoruyaraq seçkiyə qatılıb qələbə qazananda isə, "Saxtakarlar və Boykotçular İttifaqı" oğurlanmış nəticəni bayram edir. Mənə daha populyar və sevilən olmağı öyrətməyə çalışan tənqidçilərimizin müvafiq qurumlarda hərfi və ya məcazi mənada 1-2 şapalaq yeyəndən sonra ölkədən qaçıb getməsini və ya sifarişli tənqidçimizə çevrilməsini və ya hətta AzTV-də geosiyasət yorumlamağa başlamasını çox görmüşəm. Nəsil-nəsil gözümüzün qabağından keçiblər. Kim populyar və mütəşəkkil olub seçkiyədək öz həbsi ilə partiyasını seçkidə zəiflətməməyin yolunu bilirsə, bundan sonra publik siyasəti onlar yönəltməkdə sərbəstdirlər. Danışmaqla deyil".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər