13 Sentyabr 16:08
244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda televiziya və onlayn mediada senzura tətbiq olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Ceyhun Məmmədov “Teleqraf Holdinq”də keçirilən “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə” adlı tədbirdə deyib.

O, televiziya və onlayn medianın reytinq xatirinə milli dəyərlərimizə hücum edən psixoloqları təbliğ etdiyini bildirib:

“Son vaxtlar mediada senzuranın tərəfdarıyam. Ona görə ki, gündə bir psixoloq çıxaraq, Azərbaycan dəyərlərinə hücum edir. Xüsusilə cəmiyyətdə yalançı psixoloqların sayı artıb. Yaxın günlərdə hamının tanıdığı bir psixoloq müəllimin, təhsilin bir dəyər olmadığını, dəyərin ancaq pul olduğunu dedi. Azərbaycanda bir sıra media orqanı isə reytinq xatirinə onu işıqlandırdı. Bu, birmənalı olaraq cəmiyyətin fundamentini dağıtmaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər