Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Vətən müharibəsi şəhidi Elgün Quliyevin ailəsində olub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Elgün Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.
O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.