08:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib.

Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər