27 Oktyabr 18:47
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur".

Teleqraf.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.

"Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - deyə Firuddin Əliyev bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər