16 Noyabr 16:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə 4 milyarddan çox azarkeşi olan futbolun iqlim dəyişikliyinə qarşı mübarizədə nümunə göstərməsi çox vacibdir.

Teleqraf.com xəbər verir ki. bunu "Sky Sports UK" aparıcısı Devid Qarrido "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalarla təşkil olunmuş görüşdə deyib.

O, "Qarabağ"ın təşəbbüsü ilə yaradılan "İqlim üçün Futbol Klubları Alyansı" Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirib:

“Futbol cəmiyyətə nümunə olmaq gücünə malikdir və bu alyansın yaradılması ilə klublar davamlı gələcək üçün mühüm addımlar atacaqlar”.

Aparıcı həmçinin futbolun, meydanda olduğu kimi, ekoloji təşəbbüslərdə də güclü başlanğıc etməli olduğunu vurğulayıb: “Futbolda ilk 10 dəqiqə oyunun gedişatını müəyyən edir, iqlim dəyişikliyi ilə mübarizədə də güclü başlanğıc etmək, davamlı uğura nail olmaq üçün vacibdir”.

Qeyd edək ki, D.Qarrido iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının rolunu işıqlandıran bir sıra sənədli filmlərin müəllifi kimi tanınır.

Onun tədbirdə verdiyi dəstək futbol və iqlim mövzularının birləşdirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər